İqtisadiyyatın 60 faizi onların hesabına təmin ediləcək
Vergi xidməti büdcə gəlirləri üzrə fiskal funksiya ilə yanaşı, sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməklə əlverişli iqtisadi mühitin formalaşmasında tənzimləyici rola malikdir.
Bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov deyib.
N.Şirinov qeyd edib ki, yeni hazırlanan iqtisadi inkişaf modeli adekvat vergi islahatlarının həyata keçirilməsini zəruri edir və bu sahədə kiçik və orta sahibkarlığın (KOS) rolu mühüm əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, 2020-ci ilədək strateji baxışda KOS-un ÜDM və məşğulluqdakı payının artırılması, ÜDM-də xüsusi çəkisinin 15 faiz, məşğulluqda isə 20 faizdən yuxarı olması nəzərdə tutulur. 2025-ci ildən sonrakı dövr üçün hədəf ÜDM-in ən azı 60 faizinin KOS hesabına təmin edilməsidir.
N.Şirinov vurğulayıb ki, yeni administrativ yanaşmada KOS subyektlərinə münasibət yoxlamaların risk dərəcəsi əsasında aparılması, sayının optimallaşdırılması, elektron yoxlama metodunun tətbiqi, əmək haqlarının və dövriyyələrin leqallaşdırılmasının təşviq edilməsi və verginin stimullaşdırıcı rolunun önə çəkilməsindən ibarətdir.
© vergilər.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib