Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Amrah Sığorta" 2019-cu ilin ilk 6 ayından qazancla çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Amrah Sığorta" 2019-cu ilin ilk 6 ayından qazancla çıxıb

"Amrah Sığorta" ASC 2019-cu ilin 1-ci yarısını 141 min 194 manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkət 2018-ci ilin 1-ci yarısını 139 min 470 manat zərər ilə bağlamışdı. Şirkətin topladığı sığorta haqları və investisiya gəlirləri artıb. 

 

“Marja” Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə "Amrah Sığorta"nın cəmi gəlirləri 494 min 737 manat, cəmi xərcləri isə 353 min 543 manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 141 min 194 manat mənfəət qalıb.

 

2018-ci ilin ilk 6 ayında “Amrah Sığorta”nın cəmi gəlirləri 141 min 899 manat, cəmi xərcləri 281 min 371 manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən 139 min 470 manat zərər yaranmışdı.

 

Ötən ilin ilk 6 ayında toplanmış sığorta haqları 145 min 900 manat ikən, bu ilin eyni dövründə 289 min 525 manat təşkil edib. Sığorta ödənişləri isə 27 min 162 manatdan 101 min 519 manata yüksəlib.

 

2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarısında Şirkətin investisiya gəlirləri 1.8 dəfə artaraq 200 min 717 manat təşkil edib.

 

2018-ci ildə "Amrah Sığorta"nın cəmi gəlirləri 635 min 184 manat, cəmi xərcləri 580 min 304 manat, mənfəəti 54 min 879 manat təşkil etmişdi.

 

"Amrah Sığorta" ASC-nin nizamnamə kapitalının 85%-i İldırımzadə Yunisə, 15%-Ii isə İldırımzadə Əmraha məxsusdur.

18.09.2019 11:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ