Mobil manşet üstü reklam-3_21

Bakıda Hyundai Servis Festivalı keçiriləcək - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Hyundai Servis Festivalı keçiriləcək - TARİX

(®) 20, 21, 22 Sentyabr  tarixlərində Bakıda növbəti Hyundai Servis Festivalını keçirəcək.

 

Reklam_3_11

Hər il olduğu kimi bu dəfə də Bakı Olimpiya Stadionunun böyük avtomobil dayanacağında ustalar və texniki avadanlıqlar vasitəsilə Hyundai sahibləri müxtəlif xidmətlərdən pulsuz və endirimlə faydalana biləcəklər.

 

Şirkət pulsuz elektrok diaqnostika, mühərrik bölməsində azalmış yağların bərpası, hədiyyələr və çoxsaylı kuponlar vasitəsilə festivaldan heç bir Hyundai sahibini əliboş göndərməməyi planlaşdırır.

 

Şirkət tərfindən verilən məlumata görə, Bakıda keçirilən festival zamanı hər il orta hesabla 1000 avtomobilə xidmət göstərilir. Bu il isə avtomobil sayının 2000-ə qədər olacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, yaxın günlərdə yayımlanan Dövlət Statistika Komitəsinin açıqlmasında 2018-ci ildə Hyundai avtomobillərinin Azərbaycanda 4668 ədəd artımla (ümumilikdə 68.179) ən yüksək intensivlik göstərdiyi bildirilmişdi. Eyni dövr üçün Mercedes markalı avtomobillərin sayı 3648 ədəd olmuşdur. Bir çox mütəxəssislər bu məlumatın 2018-ci ili əhatə etdiyindən bazardakı aktual vəziyyəti tam əks etdirmədiyini bildirirlər. Bəzi qeyri-rəsmi hesabatlarda 2019-cu ildə Hyundai modellərinin artım tempinin daha yüksək olduğu bildirilir.

 

Hyundai satışda olduğu qədər, satışdan sonrakı xidmətlərdə də hər zaman öndədir. Festivalın keçirilməsində məqsəd, rəsmi Hyundai Servisinin imicinin yüksəldilməsi, müştəri loyallığının artırılması, müştərilərə servis mərkəzlərindən kənarda xidmət göstərməklə xüsusi dəyər yaratmaqda davam edir. Şirkət Servis Festivallarını yalnız Bakıda deyil, regionlarda da təşkil etməkdədir. Belə ki, bu ilin 22-23 İyun tarixlərində Gəncə şəhərində keçirilən festivalda 300-ə yaxın avtomobilin iştirakı barədə məlumat verilmişdi.

 

Şirkət tərəfindən yayılan məlumatda, festivalda "Shell", "PAŞA Sığorta", "Azərsun" “Full energy” “Bank Of Baku” və "Castrol" şirkətlərinin də müxtəlif hədiyyə və endirimlərlə Hyundai sahiblərini sevindirəcəyi bildirilir.

19.09.2019 18:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ