Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AZAL qənaət edəcək - RAZILAŞMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL qənaət edəcək - RAZILAŞMA

“Azərbaycan Hava Yolları” (AZAL) və “OpenAirlines” şirkəti “SkyBreathe” həllinin istifadəsinə dair razılaşma imzalamışdırlar.

 

Reklam_3_11

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ətraf mühitə atılan zərərli tullantıların azaldılması məsələsinin AZAL üçün yüksək prioritet təşkil etdiyini nəzərə alsaq, bu razılaşma Azərbaycanın milli aviadaşıyıcısı üçün strateji xarakter daşıyır.

 

“SkyBreathe Fuel Efficiency” aviaşirkətlərin yanacaqdan səmərəli istifadəsi və tullantıların azaldılması üçün geniş informasiya emalı alqoritmləri, süni intellekt və kompüter təlimindən istifadə edən müasir həldir.

 

“Bütün reyslərimizdə yanacaq istifadəsinin analizi üçün “SkyBreathe” proqram təminatını ən yaxşı vasitələrdən biri kimi seçmişik. “SkyBreathe” kimi geniş imkanlara malik proqram təminatı bizim üçün yanacaqdan istifadənin səmərəliliyini artırmağa kömək edəcək əla bir resurs olacaq. Beləliklə, AZAL ətraf mühitin qorunması kimi vacib bir məsələyə də öz töhfəsini verəcəkdir", - “Azərbaycan Hava Yolları” aviaşirkətinin direktoru Cəmil Mənizadə qeyd etmişdir.

 

“Biz AZAL-a yanacaqdan istifadənin səmərəliliyinin daha da artırmağa kömək etdiyimiz üçün qürur duyuruq. Hal-hazırda aviaşirkətlər atmosferə karbon qazının atılması problemləri ilə üzləşirlər. “SkyBreathe” həllini istifadə edərək, AZAL bu amilə təsir edən xərcləri 2-5% azaltmaq ilə ətraf mühitin qorunması sahəsində lider mövqe tutacaqdır", - “OpenAirlines” şirkətinin baş direktoru Aleksandr Ferey qeyd etmişdir.

 

“OpenAirlines” ilə müqavilə bağlayaraq, “Azərbaycan Hava Yolları” “FlyDubai”, “Air France”, “Norwegian”, “Iceland Air” və digər bir sıra aparıcı aviaşirkətlər ilə yanaşı ətraf mühitin qorunması və yanacağın səmərəli istifadəsi üçün “Skybreathe” həllindən istifadə edən ən böyük aviaşirkətlər birliyinə üzv olmuşdur.

18.09.2019 15:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ