Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Cahan Holdinq” Naxçıvan Avtomobil Zavodunu tərkibinə qatıb, yeni marka və modellər istehsal olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cahan Holdinq” Naxçıvan Avtomobil Zavodunu tərkibinə qatıb, yeni marka və modellər istehsal olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibində olan Naxçıvan Avtomobil Zavodunda 2020-ci ilin birinci yarısından yeni marka və modellərdə avtomobillər, motosikletlər istehsal olunacaq.

 

Naxçıvan Avtomobil Zavodundan "Marja"ya bildirilib ki, bu məqsədlə zavodda kompleks tədbirlər həyata keçirilir.

 

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin avqust ayının 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində Çinin Lifan İndustrial Group, FAW İndustrial Group və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparılıb, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilib.

 

Zavodda müxtəlif təyinatlı marka və modellərdə avtomobillərin, o cümlədən motosikletlərin istehsalı üçün ilkin mərhələdə istehsal xəttinin qurulması və nəzarət işləri xaricdən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Sonrakı mərhələdə isə yerli mütəxəssislərin iştirakı təmin olunacaq. Burada əsas məqsəd daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də istehsal olunan nəqliyyat vasitələrinin digər ölkələrə ixracını təşkil etməkdən ibarətdir.

 

Qeyd edək ki, zavodda istehsal olunacaq nəqliyyat vasitələrinin güzəştli şərtlərlə satışı və servis xidmətləri də nəzərdə tutulub.

 

"Cahan Holdinq"dən əvvəl Naxçıvan Avtomobil Zavoduna Xanlar Fətiyev nəzarət edirdi. 

 

Həmçinin “Cahan Holdinq” "Opel" avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisidir. 

18.09.2019 15:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ