Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

 

ABŞ Mərkəzi Bankının (Fed) sentyabr iclası başa çatıb.

 

“Marja” xəbər verir ki, iclasda faizlərin 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirilməsiniə qərar verilib. İqtisadçılar və investorlar da faizin 25 bənd azaldılacağını gözləyirdilər.

 

Fed İyul iclasında da faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına endirmişdi.

 

Eyni zamanda, rezerv artığına tətbiq edilən faiz nisbəti (IOER)  də 2.10%-dən 1.80% səviyyəsinə endirilib. Proqnoz 1.8% idi. 

 

7 Fed rəsmisi bu il daha bir dəfə də faiz endirimi gözləyir. 

 

İnflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyi qeyd olunan Fed-in qərar mətnində, əmək bazarının güclü və işsizliyin aşağı qalmaqda davam etdiyi bildirilib. İstehlakçı xərclərinin güclü, investisiya və ixracın isə zəif olduğuna diqqət çəkilib. 

 

25 bəndlik faiz endirimi ehtimalı öncədən qiymətlərdə və məzənnələrdə əks olunmuşdu. İndi nəzərlər ilin qalan hissəsi üçün veriləcək mesajlarda olacaqdır. Saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır. Onun verəcəyi mesajlar indekslərdə, səhm qiymətlərində və valyuta məzənnələrində dalğalanmalara səbəb ola bilər.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Fed-in faiz qərarından sonra Dollar indeksi və Avro/Dollar məzənnəsi çox dəyişmədi. Avro/Dollar məzənnəsi 1.1066 səviyyəsindən 1.1031 səviyyəsinə düşüb (Bakı vaxtı ilə saat 10:22-yə olan məlumat).

 

Fed sədri Cerom Pauel İyul iclasının ardından keçirdiyi mətbuat konfransında faiz endiriminin faiz endirimi dövrünün başlanğıcı olmadığını, ancaq faiz endirimlərinin davam edə biləcəyini söyləmişdi.

 

Faiz qərarına kimlər qarşı çıxdı?
 

Fed mətninə görə, faizlərin 1.75% - 2.00% aralığına endirilməsinə qarşı çıxan adlar Sankt- Luis Fed sədri James Bullard, Kanzas Sity Fed sədri Esther L. George  və Boston Fed sədri Eric S. Rosengren olub.
 

Bullard 50 bənd faiz endirimini seçim edərkən, George və Rosengren 2.00% - 2.25% aralığında qalmasına  səs verib.

18.09.2019 19:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ