Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bayramdan sonra ilk iş gününün havası - 21°

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayramdan sonra ilk iş gününün havası - 21°
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda martın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 11-16°, bəzi yerlərdə 18° isti olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə 0-5°, gündüz 15-20° isti olacağı gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Qərb küləyi arabir güclənəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 1-5°, gündüz 13-18° isti olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 0-5, gündüz 10-15°, bəzi yerlərdə 18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

 

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 14-18, bəzi yerlərdə 21° isti olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti olacağı proqnozlaşdırılır.

26.03.2017 12:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ