5 BOKT-un balans kapitalı 7 milyon manatdan çoxdur
2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 5-nin balans kapitalı 7 milyon manatdan çoxdur.
Bbunlar "Aqrarkredit" (23 milyon 282 min manat), "Embafinans" (14 milyon 181 miln manat), "Molbulak" (10 milyon 802 min manat), "TBC Kredit" (7 milyon 858 min manat) və "FİNKA Azərbaycan"dır (7 milyon 608 miin manat). 11 BOKT-un balans kapitalı 1-4 milyon manat arasında, 19 BOKT-un balans kapitalı isə 1 milyon manatdan azdır. 1 BOKT-un - "Viza Kredit"in isə balans kapitalında 23 min manatlıq çatışmazlıq yaranıb.
6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
***
36 BOKT-dan 23-ü ötən il balans kapitalını artırıb. Bunlar "İnkişaf üçün maliyyə", "Finoko", "Brand Credit", "Pro Kredit", "Kəpəz", "TBC Kredit", "Viator Mikro-Kredit Azərbaycan", "Avrasiya-Kredit", "Azmikroinvest", "Finex Kredit", "FİNKA Azərbaycan", "Effektinvest", "Premier Kredit", "Molbulak", "Embafinans", "Azərbaycan Mikro-Kredit", "İdeal Kredit", "Merkuri", "Kredaqro", "Qafqaz-Kredit", "Azinvestkredit", "İDK" və İcraçı Kredit Agentliyi"dir. Ən yüksək dinamika "İnkişaf üçün maliyyə"də (5,7 dəfə), ən aşağı dinamika isə "İcraçı Kredit Agentliyi"ndə (0,2%) qeydə alınıb.
Qalan 13 BOKT-dan 1-də - "Viza Kredit"də balans kapitalının çatışmazlığı 92,2% azalıb, 12 BOKT-un isə balans kapitalı azalıb. Ən çox azalma "Para"da (84,5%), ən az azalma isə "International"da (1,8%) qeydə alınıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış şambunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
2 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
5 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib