Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

5 BOKT-un balans kapitalı 7 milyon manatdan çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 BOKT-un balans kapitalı 7 milyon manatdan çoxdur

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 5-nin balans kapitalı 7 milyon manatdan çoxdur.

 

Bbunlar "Aqrarkredit" (23 milyon 282 min manat), "Embafinans" (14 milyon 181 miln manat), "Molbulak" (10 milyon 802 min manat), "TBC Kredit" (7 milyon 858 min manat) və "FİNKA Azərbaycan"dır (7 milyon 608 miin manat). 11 BOKT-un balans kapitalı 1-4 milyon manat arasında, 19 BOKT-un balans kapitalı isə 1 milyon manatdan azdır. 1 BOKT-un  - "Viza Kredit"in isə balans kapitalında 23 min manatlıq çatışmazlıq yaranıb.

 

6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

 

***

 

36 BOKT-dan 23-ü ötən il balans kapitalını artırıb. Bunlar "İnkişaf üçün maliyyə", "Finoko", "Brand Credit", "Pro Kredit", "Kəpəz", "TBC Kredit", "Viator Mikro-Kredit Azərbaycan", "Avrasiya-Kredit", "Azmikroinvest", "Finex Kredit", "FİNKA Azərbaycan", "Effektinvest", "Premier Kredit", "Molbulak", "Embafinans", "Azərbaycan Mikro-Kredit", "İdeal Kredit", "Merkuri", "Kredaqro", "Qafqaz-Kredit", "Azinvestkredit", "İDK" və İcraçı Kredit Agentliyi"dir. Ən yüksək dinamika "İnkişaf üçün maliyyə"də (5,7 dəfə), ən aşağı dinamika isə "İcraçı Kredit Agentliyi"ndə (0,2%) qeydə alınıb.

 

Qalan 13 BOKT-dan 1-də - "Viza Kredit"də balans kapitalının çatışmazlığı 92,2% azalıb, 12 BOKT-un isə balans kapitalı azalıb. Ən çox azalma "Para"da (84,5%), ən az azalma isə "International"da (1,8%) qeydə alınıb.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Renkinq"

19.09.2019 07:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ