Danimarka şirkətləri Azərbaycanda hind quşu fabriki açmağı planlaşdırır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğuladı. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev daha çox biznes əlaqələrinə malik olmağın vacibliyini bildirdi.
Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan fövqəladə və səlahiyyətli səfir Svend Ollinq ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carlsberg” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq hazırda ölkəmizin qida sənayesinə investorları cəlb etdiklərini bildirib. O, Danimarka şirkətlərinin ölkəmizə müasir texnologiya gətirəcəklərini və azərbaycanlı tərəfdaşları ilə birgə İsmayıllı rayonunda hind quşu fabrikini açmağı planlaşdırdıqlarını deyib. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat əlaqələrimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dövlətimizin başçısı Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu vurğuladı və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və daha çox ixrac imkanlarının artırılması baxımından önəmini qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Danimarkalı diplomat ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
3 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
4 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir