Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ət satanlardan 5 manatadək rüsum tutulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ət satanlardan 5 manatadək rüsum tutulacaq

Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacaq.  

 

Nazirlər Kabineti bununla bağlı “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.

 

Qeyd edək ki, 31 may 2018-ci il tarixdə “Dövlət rüsumu haqqında” qanuna anoloji məzmunda dəyişiklik edilib və qanunda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacağı əksini tapıb.

 

17 may 2019-cu il tarixdə “Baytarlıq haqqında” qanuna da oxşar məzmunlu dəyişiklik edilib. Prezident İlham Əliyevin 14 iyun 2019-cu il tarixli sərəncamında Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Beləliklə, Nazirlər Kabinetinin son qərarı ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda qanunvericiliyə uyğun dəyişiklik edilib.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

19.09.2019 11:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ