Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Qaz hasilatında 19%, ixracında 25% artım gözləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qaz hasilatında 19%, ixracında 25% artım gözləyirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"2018-ci ilə nisbətən bu il ölkədə qaz hasilatında 19%, yəni 5,8 mlrd. kubmetr, qazın ixracında isə 25% artım gözlənilir. Gələn il qaz hasilatının 40,2 mlrd. kubmetrə, 2021-ci ildə isə 45 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır".

 

Reklam_3_11

Bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

 

Onun sözlərinə görə, bu ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% çox, yəni 23,1 mlrd. kubmetr qaz hasil olunub.

 

Nazir qeyd edib ki, xaricə qaz satışı 7,2 mlrd. kubmetr olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3% çoxdur.

 

“Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsində “Şahdəniz” qaz yatağı müstəsna rol oynayır. İstismara veriləndən indiyə kimi bu yataqdan 110,8 mlrd. kubmetr qaz, 26,8 mln. ton kondensat hasil edilib. 73,7 mlrd. kubmetr qaz isə ixraca nəql olunub. Yanvar-avqust aylarında hasil edilmiş qazın 10,9 milrd. kubmetri, kondensatın isə 2,3 mln. tonu “Şahdəniz” yatağının payına düşür. “Şahdəniz” yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən bu il bu ölkəyə 33,8% çox, yəni 5,7 mlrd. kubmetr qaz satışı həyata keçirilib”,- nazir bildirib.

 

P.Şahbazov məlumat verib ki, “Şahdəniz” yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

 

 Azərbaycanda qaz istehlakının 10%-dən çox artacağı gözlənilir

 

Pərviz Şahbazov bildirib ki, bu il və növbəti il ərzində Azərbaycanda qaz istehlakının 14 mlrd. kubmetri ötəcəyi gözlənilir.
 

Nazir xatırladıb ki, qaz istehlakı 2018-ci ildə 12,6 mlrd. kubmetr olub: “2019-2023-cü illərdə “Abşeron” qaz-kondensat yatağı, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturları, “Ümid” və “Qarabağ” yataqları üzrə görüləcək tədbirlər ölkə iqtisadiyyatının gələcəkdə qazla fasiləsiz və keyfiyyətli təminatına imkan yaradır”.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report" 

19.09.2019 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ