Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BDU rektoru müşavirini dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
BDU rektoru müşavirini dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Dövlət Universitetinin (BDU) rektorunun daha bir müşaviri işdən çıxarılıb.

 

Reklam_3_11

Bununla bağlı rektor Elçin Babayev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov tutduğu vəzifədən azad edilib. E.Babayevin digər əmri ilə bu vəzifəyə Mirzə Mirzəyev təyin olunub.

 

M.Mirzəyev bu təyinata qədər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Suraxanı rayonundakı 11 saylı idarəsinin rəisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bu ilin may ayında BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə tapşırılıb. Həmçinin E.Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik - Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir və Ümumi məsələlər üzrə müşaviri vəzifələri təsis olunub. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.

 

BDU rektorunun elm və təhsil üzrə müşaviri vəzifəsi isə boşdur.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

19.09.2019 12:59

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ