Marketinq Peşəkarları Birliyi dövlət qeydiyyatına alındı
Marketinq sahəsində fəaliyyət göstərən şəxslərin və şirkətlərin ortaq maraqlarının qorunması, sektor daxilində maariflənmə səviyyəsinin yüksəldilməsi sayəsində sektorun effektivliyinin yüksəldilməsi və sektorun daha da inkişafı məqsədilə yaradılmış Marketinq Peşəkarları İctimai Birliyi dövlət qeydiyyatına alınıb.
Birliyin İdarə Heyətinin Sədri, "Yello Advertising" şirkətinin həmtəsisçisi Namiq Bayramov birliyin dövlət qeydiyyatına alınması ilə bağlı "Marja"ya bildirdi:
“Biz hələ 2018-ci ilin aprelində Marketinq Kommunikasiyaları Assosiasiyasını təsis edəndə onun fəaliyyətinin bu qədər maraq doğuracağını təsəvvür etmirdik. Lakin 2018-ci ilin sentyabrında və 2019-cu ilin fevralında keçirdiyimiz “Başabaş Söhbət” adlı seriya meetup-larımız ciddi marağa səbəb oldu. Bu da bizə fəaliyyəti daha da genişləndirmək stimulu verdi. Birliyin rəsmi dövlət qeydiyyatı olmadığından bunu edə bilmirdik.
Odur ki, mart ayından etibarən qeydiyyat prosedurlarına start verdik və buna görə də, mart ayından bu yana birliyin görünən fəaliyyəti demək olar ki, olmadı. Nəhayət keçən həftə qeydiyyatla bağlı son prosedurlar tamamlandı, qurum yeni adla dövlət qeydiyyatına alındı və dövlət qeydiyyatı haqqında şəhadətnaməmiz bizə təqdim olundu.
Düşünürəm ki, birliyin yenilənərək Marketinq Peşəkarları İctimai Birliyi kimi dövlət qeydiyyatına alınması ilə bu sahədə fəaliyyət göstərən şəxslərin və qurumların təşkilatlanması daha da sistemli şəkil alacaq. Eyni zamanda onların dövlət qurumları ilə dialoqu üçün yeni bir qapı da açılmış olacaq.
Birliyin daha geniş fəaliyyət sahəsini ifadə edən yeni adı onun üzərinə yeni öhdəliklər də qoyur. Əgər əvvəllər bizim fəaliyyətimiz yalnız marketinq kommunikasiyalarını əhatə edirdisə, bundan sonra marketinqin bütün sferalarında çalışan peşəkarların və sektorun maraqları üçün çalışacaq, bu maraqları ümummilli maraqlarımızla uzlaşdıracağıq. Çalışacağıq ki, önümüzdəki müddət ərzində üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirərək daha da faydalı olaq”.
Namiq Bayramov həmçinin qeyd edib ki, dövlət qeydiyyatı ilə bağlı prosedurlara görə birliyə üzvlük məsələsi müvəqqəti olaraq dondurulmuşdu. Artıq bu barədə problem qalmadığı üçün önümüzdəki aylardan etibarən birliyə yeni üzvlərin qəbuluna başlanılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 26 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
3 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
3 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb