Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bacarıqlı kadrların şirkəti tərk etmələrinin 9 səbəbi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bacarıqlı kadrların şirkəti tərk etmələrinin 9 səbəbi

 

Rəhbərlər kadrların dəyişməsi faizinin çox yüksək olduğundan şikayət edərlər, amma bir şeyi nəzərdən qaçırırlar: Uğurlu işçilər işi deyil, rəhbərlərini tərk edirlər. "Marja" xəbər verir ki, "Forbes" Jurnalı istedadlı kadrları qaçıran səhvləri sadalayıb:

 

 1. ÇOX İŞLƏDİLİRLƏR

 

"Standford" Universitetinin araşdırmasına görə, həftəlik iş saatı 50 saatı keçərsə işçinin məhsuldarlığı hər əlavə saatda sərt şəkildə düşür. Çox işlədilmək, sanki bacarıqlı işçilərin yaxşı işlədiklərinə görə "cəzalandırılmasıdır".

 

2. MÜKAFATLANDIRILMIRLAR

 

Rəhbərlər, işçilərinin özlərini daha yaxşı hiss etməsi üçün onları mükafatlandırması lazımdır. Uğurlu nailiyətlər zamanı göstərilən təqdir və verilən mükafatlar məhsuldarlığı 40 faiz artıra bilər.

 

 3. ÖNƏM VERMƏMƏK

 

İşini tərk edən işçilərin 50%-dən çoxunun ən böyük sıxıntısı rəhbərləri ilə olan münasibətləridir. İşini doğru aparan şirkətlər iş və insan olmaq tarazlığını qura bilirlər. Forbes ekspertlərinə görə, çalışdığı yerdə sayılmayan və gördüyü işindən başqa heç bir şeyə əhəmiyyət verilməyən yerdə işçini gündə səkkiz saat stol başında saxlanılması mümkün deyil.

 

4. ŞİRKƏTƏ BAĞLILIĞIN TƏQDİR GÖRMƏMƏSİ

 

Bağlılığını sübut edən işçi rəhbərinin gözündə etibarlı olmalıdır. Ancaq rəhbərlik bu bağlılığa təqdir göstərməsə, başqa heç kim göstərməyəcəkdir.

 

 5. ŞİRKƏTİN SƏHV ŞƏXSLƏRİ İŞƏ GÖTÜRMƏSİ VƏ TƏRİFLƏMƏSİ

 

Uğurlu və işgüzar adamlar özlərilə eyni səviyyədəki peşəkarlarla işləmək istəyirlər. Ancaq rəhbərlərin yanlış şəxsləri işə götürüb, bir də bu insanları tərfləmələri, yaxşı işləyən üçün çox böyük bir demotivasiyadır.

 

 6. İŞÇİNİN İSTƏKLƏRİNİN ARXASINCA QAÇMASINA YOL VERMƏMƏK

 

İstedadlı işçilər eyni zamanda, "ehtiraslıdırlar". Rəhbər, bu insanları bir "qutu" içində gizlətməkdənsə ehtiraslarını reallaşdıracaqları fürsətləri təqdim etməlidir. Aparılan araşdırmalar, istədiklərini edə bilən işçilərin məhdudiyyət qoyulan həmkarlarından beş qat daha səmərəli olduğunu göstərir.

 

7.  QABİLİYYƏTLƏRİ İNKİŞAF ETDİRMƏMƏK

 

İdarəetmə başlanğıcı olan, lakin sonu olmayan bir anlayışdır. İstedadlı bir işçiniz varsa, istedadlarını inkişaf etdirmək üçün əlinizdən gələni etməlisiniz. Ən istedadlı işçilər bir geri dönüş istəyir və bunu onlara verməlisiniz.

 

 8. YARADICILIĞA YOL VERİLMƏMƏSİ

 

Ən istedadlı kadrlar, toxunduqları hər şeyi inkişaf etdirmək istəyirlər. Əgər bu qabiliyyətlərini əllərindən alsanız, işçilərin işlərindən nifrət etmələrinə səbəb ola bilərsiniz.

 

 9.  SƏVİYYƏSİNDƏN AŞAĞI İŞ VERMƏK

 

Rəhbərlərin istedadlı işçilərinə asan və sıxıcı vəzifələri verməsi motivasiyanı aşağı salır. İstedadlı işçiyə  səviyyəsinə uyğun işlər verilməli və bu işlərin başa çatdırılmasında ona yardım da edilməlidir.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

27.03.2017 04:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ