Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neft istehsalçıları "hasilatın azaldılması" müqaviləsini uzatmağı düşünür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft istehsalçıları "hasilatın azaldılması" müqaviləsini uzatmağı düşünür

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) neft və energetika nazirlərinin Küveytdə görüşü keçirilib. Nazirlər OPEC-i bir ay ərzində hasilatın azaldılması müqaviləsinin uzadılmasına dair bir təklif verməyə çağırıblar.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, beş OPEC üzvü və Oman, müqavilənin uzadılmasını dəstəkləyir, Küveyt, bunun 6 ay üçün olması lazım olduğunu qeyd edib. 

 

 Venesuelanın neft naziri Nelson Martinez, "Yanvar ayında qüvvəyə minən müqavilənin uzadılmasını dəstəkləməyə hazırıq" - deyib.

 

OPEC-in aparıcı üzvlərindən İraq, Əlcəzair və Anqola da müqavilənin uzadılmasını dəstəkləyir.

 

 OPEC üzvü olmayan Omanın da enerji naziri Mohammed Al Rumhy, "Müqavilənin daha altı ay  uzadılması məntiqlidir" deyib.

 

OPEK və aralarında Rusiyanın da olduğu digər 11 istehsalçı ölkə, keçən il istehsalın azaldılması məsələsində razılaşdılar və bunun nəticəsi, Brent Nefti, 2016-ci ilin son beş həftəsində  20 faiz artdı. Ancaq bu artım, ABŞ-da istehsalın və ehtiyatların artmaqda davam etməsi nəticəsində dayandı. 

 

OPEC nazirləri Mayın 25-də Vyanada istehsal müqaviləsinin uzadılıb- uzadılmayacağını müzakirə edəcəklər.

27.03.2017 05:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ