Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bakıya da gül göndəririk"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakıya da gül göndəririk"

Babək rayonunun Zeynəddin kəndində yerləşən gülçülük təsərrüfatı böyüyür.


Təsərrüfat Əsəd Abbasov və ailəsi tərəfindən yaradılıb. Təsərrüfatda soyuducu anbar da inşa olunub, qablaşdırılmış güllər orada saxlanılır, sonra isə satış ünvanlarına göndərilir.


Əsəd Abbasov bildirib: "18 ildir, gül satışı ilə məşğuluq. Əvvəllər digər ölkə və şəhərlərdən gül gətirib Naxçıvan şəhərində özümüzə məxsus “Al çiçəyim” mağazasında satmışıq. Naxçıvanda sahibkarlıq mühitinin inkişafına yaradılan geniş şəraitdən istifadə edib, gülə olan tələbatı ödəmək üçün 2014-cü ilin aprel ayında gülçülük təsərrüfatı yaratdıq. Hazırda 6 min 500 kvadratmetr olan sahədə 12 istixanaya 9 növdə gül şitili əkilib. Bu güllər gözəlliyi ilə yanaşı, məhsuldarlığına görə də seçilirlər. Bir ailənin birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda 7-8 nəfər ailə üzvü həvəslə çalışır".

 

Ailə təsərrüfatının üzvü Vətən Abbasov deyir ki, müdrik atalarımızın qızıldan qiymətli sözü var: “Güc birlikdədir”. Biz bu birliyin gücünü, əzmini ailə təsərrüfatını yaradandan sonra bir daha gördük. İstixanalarda çalışanların hamısı bol və keyfiyyətli məhsul yetişdirilməsi üçün öz məsuliyyətini dərindən dərk edir. Yaxşı çalışmaq yaxşı qazanmaq, ölkəmizin iqtisadiyyatına töhfə vermək və firavan yaşamaq deməkdir".

 

Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində gül becərib ərsəyə gətirmək xüsusi təcrübə tələb edir. Güllərin damcı üsulu ilə suvarılmasının təşkili, temperaturun normada olmasının xüsusi aparatlar vasitəsilə tənzimlənməsi, torpağa edilən qulluq, xəstəliklərə qarşı tədbirlərin diqqətlə aparılması ailə təsərrüfatına məhsul bolluğu bəxş edir. Gül şitillərini qardaş Türkiyədən gətirdiklərini deyən Əsəd Abbasov onu da bildirdi ki, həmin gül şitillərinə görə muxtar respublikanın gömrük-keçid məntəqələrində heç bir rüsum ödəmirlər. Bu da ailə təsərrüfatlarının fəaliyyətlərinə göstərilən qayğının daha bir nümunəsidir.


"Naxçıvan bazarına gül çıxarmaqla yanaşı, Bakıya da gül göndəririk. Daha geniş bazarlara çıxmağı qarşımıza məqsəd qoymuşuq".

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Şərq qapısı"

20.09.2019 08:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ