Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qala Sığorta” və “Qala Həyat”ın maliyyə vəziyyətinə nəzarət edən şəxslər dəyişdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”  və “Qala Həyat”ın  maliyyə vəziyyətinə nəzarət edən şəxslər dəyişdirilir

21 Oktyabr 2019-cu il tarixində “Qala Sığorta” ASC və “Qala Həyat” Sığorta Şirkəti ASC səhmdarlarının növbədənkənar iclası keçiriləcək.


"Marja" xəbər verir ki, hər iki şirkətdə keçiriləcək iclasın gündəliyinə, Təftiş Komissiyasının tərkibinin yenidən formalaşdırılması məsələsi daxildir. 

 

“Qala Sığorta” ASC-də hazırkı Təftiş Komissiyası

Hümmətov Polad Akif oğlu
Təftiş komissiyanın sədri

Məmmədli Gündüz Zakir oğlu
Təftiş Komissiyası üzvü

Aslanov Emin Cahangir oğlu
Təftiş Komissiyasının müstəqil üzvü


“Qala Həyat” Sığorta Şirkətində hazırkı Təftiş Komissiyası

Təftiş komissiyasının sədri: Hümmətov Polad
Təftiş komissiyasının üzvü: Hacıyev Elmar

 

Təftiş Komissiyası sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir. 

 

Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:


- sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək;

 

- illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla görüşlər keçirmək;


- sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;


- sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla, səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını təmin etmək;

 

- sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə müzakirə etmək;

 

- sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;

 

- Direktorlar Şurasının təqdimatı əsasında əlaqəli şəxslərlə bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq  və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy bildirmək.

20.09.2019 08:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ