Trump ilk 2 ayında 2 böyük vədinidə büdrədi
ABŞ-ın 45-ci Prezidenti Donald Trump, yeni viza tələbləri və yeni tibbi sığorta qanunu məsələlərindəki vədlərini yerinə yetirməyərək ikinci ayında nüfuzunu itirib.
"Marja" xəbər verir ki, Prezidentlik vəzifəsini 20 Yanvarda Barak Obamadan təhvil alan Trump-ın bəzi Müsəlman ölkələri hədəf alan yeni viza fərmanları məhkəmə tərəfindən əngəlləndi və ən əhəmiyyətli seçki vədlərindən biri olan tibbi sığorta islahatı isə müxalif Respublikaçılar səbəbindən uğursuz oldu.
Trump, seçki kampaniyası dövründə "ölkəni daha təhlükəsiz etmək", "terrorçuların ölkəyə girişinə mane olmaq" və "Müsəlmanların ABŞ-a buraxılmaması" kimi ifadələri tez-tez istifadə edirdi. O, söz verdiyi bu ritorikaları həyata keçirmək məqsədilə əhalisinin əksəriyyəti Müsəlman olan 7 ölkənin vətəndaşlarına 3 ay ölkəyə giriş qadağası gətirən prezident fərmanını Yanvarın 27-də Pentaqonda kameralar qarşısında imzalamışdı. Lakin Fərman məhkəmələr tərəfindən təxirə salınıb.
Sələfi Obamanın öz adı ilə tanınan səhiyyə sığortası sistemini hər fürsətdə "fəlakət" deyə tənqid edən Trump, seçki kampaniyası boyu Obamacare-ni ləğv edəcəyini vəd etmişdi.
Ağ Ev yeni tibbi sığorta tələblərini ABŞ Nümayəndələr Məclisindən Martın 23-də keçirməyi planlaşdırırdı, ancaq səsvermədə kifayət qədər "bəli" səsi təmin edilə bilinmədi.
Trump-ın ən böyük məyusluğu isə 30-a yaxın Respublikaçı vəkilin müxaliflər sıralarına qatılması oldu. Beləliklə, Trump rəhbərliyi, Obamacare-ni yeddinci ildönümündə ləğv edə bilmədi.
Amerika mediasına görə, Trump, bazarların böyük səbirsizliklə gözlədiyi vergi islahatı yerinə tibbi sığorta islahatına üstünlük verdiyi üçün böyük peşmançılıq keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
-
30 d. əvvəl
Tanınmış şambunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
46 d. əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
4 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
4 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib