Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"İcbari sığortanın mənfi tərəfi odur ki, pasiyentlər uzun növbədə gözləməli olurlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İcbari sığortanın mənfi tərəfi odur ki, pasiyentlər uzun növbədə gözləməli olurlar"

"Bu gün özəl klinikalar öz risklərini qiymətləndirə bildiyi kimi, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot rayonlardakı xəstəxanalar da tam 100 faiz olmasa belə, əksəriyyəti özlərini müstəqil idarə edə bilirlər".

 

Reklam_3_11

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, pilot rayonlardakı xəstəxanalara müraciət edənlərin sayı artıb: "Bu gün Mingəçevir Şəhər Xəstəxanası gün ərzində 2000-ə yaxın xəstə qəbul edir. Bu o deməkdir ki, onlar artıq maliyyə baryeri olmadığı üçün xəstəxanaya müraciət edə bilirlər. Digər tərəfdən bunun mənfi tərəfi odur ki, pasiyentlər uzun növbədə gözləməli olurlar. Bu praktika isə bütün dünya ölkələrində var".

 

Z.Əliyev əlavə edib ki, 2020-ci ilin yanvar ayından icbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq olunacaq: "Əsas informasiya texnologiyalarının qurulması istiqamətində işlər aparılıb. İnanırıq ki, bu ilin sonuna qədər bütün xəstəxanalarda xəstəxana idarəçilik sistemi qurulacaq, məlumatlar elektron şəkildə mübadilə edilərək bizim sistemə inteqrasiya olunacaq. Yəqin ki, ilk dövrlərdə xəstəxana informasiya sistemlərinin bütün modullarının işləməsi bir o qədər də asan olmayacaq. Çünki bəzi xəstəxanalar buna tam öyrəşməyiblər. Ancaq qeydiyyat və digər əsas modullar işlək vəziyyətdə olacaq".

 

Pulsuz tibbi xidmətlər ləğv?

 

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən bütün tibb müəssisələri publik hüquqi şəxsə keçirilirlər: "Bu ilin sonuna proses bitəcək. Bəzən səhv anlayırlar ki, xəstəxanalar publik hüquqi şəxs olduqda tibbi xidmətlər pullu olacaq. Bu o demək deyil ki, publik hüquqi şəxsə keçən xəstəxana pullu xidmətə keçir. Xəstəxanaların publik hüquqi şəxs olması onlara çeviklik verir ki, bununla maliyyə resurslarını rahat idarə edə, həm də agentlikdən və digər qurumlardan vəsait qəbul edə bilsinlər".

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

20.09.2019 09:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ