Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hesab.az sistemləri təkmilləşdirməyin "meyvələrini" yığır - 40 FAİZƏDƏK ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az sistemləri təkmilləşdirməyin "meyvələrini" yığır - 40 FAİZƏDƏK ARTIM

® Hesab.az-ın sistemlərinin təkmilləşdirilməsi 2019-cu ilin maliyyə nəticələrinə müsbət əks olunur


 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət, texniki işlərin yekunlaşmasından, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb.

 

Şirkətin yaydığı məlumatda bildirilir ki, yarandığı gündən etibarən həm maliyyə baxımından, həm xidmətlər  və istifadəçi sayı olaraq da müsbət bir artım tempi izləmişdir:

 

"2017-ci ildə qeydiyyatlı 297 min istifadəçi sayı artıq 2018-ci ildə 400 minə kimi yüksəlmişdir. Hazırda isə qeydiyyatlı 470 minlik yetərincə böyük istifadəçi kütləsi ilə dayanmadan böyüyən bir sistemə çevrilmişdir.

 

Hesab.az komandası 2018-ci ilin Avqust ayında böyük layihəyə imza ataraq həm veb sayt, həm də mobil tətbiqini yenilədi və sistemlərini təkmilləşdirdi. Burada əsas məqsəd istifadəçilərə yenilənmiş və daha yaxşı interfeys ilə xidmət göstərməklə yanaşı fərqli  kampaniyalar təqdim edib, öncəki dövrlərdən fərqli olaraq daha yüksək endirim və hədiyyələr ilə təmin etməkdir. Bu baxımdan deyə bilərik ki, görülən işlər  bu gün gözləniləndən də artıq nəticə vermiş və verməyə də davam edir. Yeni Hesab.az-ın təqdim olunmasından bu günə kimi istifadəçi sayı təxmini 40%-ə yaxın artmış, ümumi dövriyyə 2018-ci ildən etibarən 32%, xalis gəlirlər isə 30% artmışdır.

 

Bununla birlikdə 2018-ci ildə Hesab.az saytının yenilənməsi, sistemlərinin təkmilləşdirilməsi səbəbiylə yeni xərclər də yarandı. Köhnə sistemlərin yenilər ilə əvəzlənməsi səbəbiylə 174 751 AZN-lik aktivlərin xərclərə silinməsi, marketinq və məhsul xərcləri öncəki illər ilə müqayisədə 300% artması onlardan bir neçəsi sayılır.

 

Bu zaman Hesab.az komandası bu xərcləri nəzərə alaraq, uzun müddətlik həm maliyyə baxımından, həm də müştəri məmnuniyyətini hədəfləmişdir və bunun nəticələrini Hesab.az 2019-cu il Sentyabr ayında müsbət, böyük fərqlə açıq şəkildə görür.

 

Buradakı məqsəd həm yenilənmiş sayt və mobil tətbiqin funksional baxımdan təkmilləşdirilməsi, marketinq və məhsullarını inkişaf etdirilərək daha çox istifadəçi  kütləsini yenilənmiş Hesab.az ilə tanış etmək idi.

 

Ciddi şəkildə marketinq və məhsulların inkişafı üçün maliyyə vəsaitlərinin sərf olunması heçdə ümumi gəlirlərin azalmasına səbəb olmadı. Əksinə həm istifadəçi sayında, həmdə ümumi gəlirlərdə və dövriyyədə artım görülən işlərin düzgün planlanmasından xəbər verir. Hazırda artan trend ilə Hesab.az bazarda liderdir və bu özünü gələcək proqnozlara əsasən daha aydın biruzə verəcək".

20.09.2019 09:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ