Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"Türkiyə pomidoru Rusiyaya Azərbaycan vasitəsilə ixrac olunur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türkiyə pomidoru Rusiyaya Azərbaycan vasitəsilə ixrac olunur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Türkiyə pomidoru Rusiyaya qonşu ölkələr, o cümlədən Azərbaycan vasitəsilə ixrac olunur".

 

"Marja" xəbər verir ki, bunu Türkiyə İstixana İnvestorları və İstehsalçıları Birliyinin (SERA BİR) sədri Müslüm Yanmaz bildirib.

 

"Rusyanın  qonşularından aldığı pomidorların hamısı Türk pomidorudur. Rusiya embarqosundan sonra Belarusa 500 faiz, Azərbaycana 160 faiz, Polşaya 200 faiz, Naxçıvana 150 faiz artan pomidor ixracı bu vəziyyəti daha aydın ortaya qoyur. Qonşu ölkələrə artan ixracat rəqəmləri Türk pomidorun Rusiyaya göndərildiyinin sübutudur. Rusiya xalqının spekulyantlara məhkum edilməsini anlamaqda çətinlik çəkirik",- o deyib.

 


Təyyarə böhranına qədər ən böyük bazarın Rusiya olduğunu bildirən Yanmaz, ötən müddətdə iki ölkə arasında münasibətlərin normallaşmasına baxmayaraq, Rusiyanın embarqodan əl çəkməməsini anlamadığını dilə gətirib.


 
Yanmaz, sözügedən embarqonun həm Türkiyə istehsalçılarına, həm də Rusiya vətəndaşlarına mənfi təsir göstərdiyini vurğulayaraq, "Keçirilən bütün yüksək səviyyəli görüşlərdə, təəssüf ki, hər hansı bir irəliləyiş qeyd etməmişik. Bunun əsas səbəbi Rusiyadakı spekulyantların gəlir davasıdır", - deyib.


 
Rusiyanın Türk pomidoruna möhtac olduğunu vurğulayan Yanmaz, "Başqa ölkələrə göndərilən Türk pomidoru bu ölkəyə yüksək qiymətdən satılır. Əvvəlcədən təxminən 500 min ton pomidor ixracı etdiyimiz Rusiyada, vasitəçi ölkələr vasitəsilə Rusiya xalqı daha bahalı pomidor yeyir. Bu rəqəmin ümumi qarşılığı 500 milyon dollardır. Aradakı spekulyantlar 500 milyon qazanarkən Türk istehsalçıları və Rusiya xalqı böyük zərər görür. Münasibətlərimiz yaxşılaşmağa başladığı, iki ölkə arasındakı ticarət həcminin artdığı bu dövrdə pomidor qadağasının qalxmaması başa düşülən deyil".

 

Qeyd edək ki, Rusiya, içərisində Türkiyə pomidoru olduğundan şübhələndiyi üçün Azərbaycanın yük avtomobillərini ölkə ərazisinə buraxmır.

27.03.2017 06:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ