Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankdan pul bazarının aktivləşməsinə dəstək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan pul bazarının aktivləşməsinə dəstək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı pul siyasəti əməliyyatlarının səmərəliliyini artırmaq üçün daim alət potensialının inkişafı üzrə iş aparır. Bu istiqamətdə sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləmək məqsədiləmərhələli şəkildə 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi nəzərdə tutulur.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı açıqlamada deyilir.

 

Açıqlamada qeyd edilib ki, yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdiriləcəkdir. Yəni yeni müddətli notlarla bağlı keçiriləcək hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmayacaq və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirəcəkdir.

 

Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün 18 sentyabr tarixində keçirilmiş 28 günlük not hərracından etibarən Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirir.

 

İLK HƏRRACDA TƏLƏB TƏKLİFİ 5 DƏFƏ ÜSTƏLƏYİB

 

Qeyd edək ki, bu gün Bakı Fond Birjasında 84 günlük ilk not hərracı keçirilmişdir. Hərracda 30 milyon manatlıq təklifə qarşı tələb 147,59 milyon manat təşkil etmişdir. Hərracda təqdim olunmuş sifarişlərin gəlirliliyi 6,0%-9,5% intervalında olmuşdur. Kəsmə qiymət üzrə gəlirlilik 6,04%, orta ölçülmüş gəlirlilik isə 6,03% təşkil etmişdir.

 

Məlumat üçün bildirək ki, sterliziasiya Mərkəzi Bankın açıq bazar əməliyyatlarından biridir. Açıq bazar əməliyyatları pul siyasətinin əməliyyat hədəflərinin reallaşdırılması məqsədilə dövriyyədə olan pul kütləsinin tənzimlənməsi və banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir. Sterilizasiya alətlərinə repo əməliyyatları, valyuta alışı/satışı svopu, cəlbetmə üzrə
depozit əməliyyatları, qısamüddətli notların emissiyası daxildir. 

20.09.2019 13:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ