Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bazar araşdırmaları və investisiya təşviqi sənədilə maraqlanan sahibkarların nəzərinə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar araşdırmaları və investisiya təşviqi sənədilə maraqlanan sahibkarların nəzərinə!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sentyabrın 25-də saat 11.00-da sahibkarlar üçün korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında onlayn maarifləndirici tədbir keçiriləcək.

 

Reklam_3_11

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın nümayəndələri tərəfindən müvafiq mövzular üzrə sahibkarlar məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

 

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə olunmaqla qoşulmaq mümkündür.

 

KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

 

Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlar-ucun-korporativ-idaretm-daxili-bazar-arasdirmalari-v-investisiya-tsviqi-sndin-dair-onlayn-maariflndirm-tdbiri-kecirilck

20.09.2019 16:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ