Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub

Dekabrın 16-da Bakıya səfərini başa çatdırdıqdan sonra vətəninə qayıdan Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub.

 

Reklam_3_11

Təməlqoyma mərasimindən əvvəl qubernator Aleksandr Jilkinin Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşündə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Görüşdə həyata keçirilən bir sıra birgə layihələrdən danışılıb. Məhsuldar əməkdaşlığın daha bir nümunəsi kimi Azərbaycan Biznes Mərkəzinin tikintisinin əhəmiyyəti vurğulanıb.

 

Sonra Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi olub.

 

Aleksandr Jilkin deyib: “Bu gün ciddi böhran dövründə də bizə ölkələrimizin qarşılıqlı faydalı şərtlərlə inteqrasiyasına imkan verən yeni iqtisadi layihələr lazımdır. Bir ildən də az müddətdə bu yerdə ölkələrimizin iş adamlarının biznes fəaliyyətinin inkişafına, yeni layihələrin həyata keçirilməsinə təkan verəcək Azərbaycan Biznes Mərkəzi inşa olunacaq”.

 

Tədbirdə çıxış edən Əli Həsənov xatırladıb ki, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikintisinə dair saziş noyabrın əvvəlində Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanıb. Mərkəzin yaradılmasının təşəbbüskarı Həştərxan ilə çox sıx və səmimi əlaqələr qurmuş Heydər Əliyev Fondudur.

 

Prezidentin köməkçisi Əli Həsənov deyib: “Bu mərkəzdə biz Rusiya bazarına çıxaracağımız məhsulları təşviq etməyi planlaşdırırıq. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılar ilə uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək. Yeni obyektin tikintisi Həştərxan quberniyasının 300 illiyinə bizim töhfəmiz və səmimi dostluq münasibətlərimizin sübutu olacaq”.

 

Sonra Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub. Qubernator Aleksandr Jilkin və Prezidentin köməkçisi Əli Həsənov gilizi bünövrəyə buraxıblar.

 

Həştərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz təməli qoyulan mərkəzin yaxın zamanda tikintisinə başlanılacaq. Beşmərtəbəli mərkəzin tikinti sahəsi 5 min kvadratmetr olacaq. 2017-ci ilin sonunda istifadəyə veriləcək mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zal və restoranlar yerləşəcək. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək.

©APA

17.12.2016 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ