Toyota-nın hibrit satışları 14 milyonu aşıb

1997-ci ildən bu yana Toyota 14 milyon ədəddən çox hibrit avtomobil satıb.

 

Toyota-nın 2019-cu ilin ilk 7 ayında Avropa bazarındakı hibrit satışları 328 min 23 ədəd təşkil edib. Bununla Toyota-nın Avropa satışlarının içindəki hibritlərin payı da 50 faiz ətrafında olub.

 

İndiyədək Toyota-nın Avropadakı hibrit avtomobil satışları 2 milyon 494 min 263 ədədə yüksəlib.

 

Öz özünə enerji yığan hibrit texnologiyası aşağı yanacaq sərfiyyatı təmin edir. 

 

Corolla Hybrid, Yaris Hybrid, RAV4 Hybrid, Camry Hybrid Toyota C-HR Hybrid ən çox satılan Toyota hibrit modelləridir.

 

Toyota ilk hibrit modelini 1997-ci ildə bazara çıxarıb.

22 Sentyabr 2019 , 18:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin