“Marcom” şirkəti turizmin inkişafına dəstək olacaq

Azərbaycan və Gürcüstan bazarında 26 marketinq xidməti ilə təmsil olunan “Marcom” Marketinq və Kommunikasiya şirkəti ölkədə turizm sektorunun inkişafına öz dəstəyini göstərəcək. Şirkət Marketinq auditkonsultasiya xidməti çərçivəsində ölkədə fəaliyyət göstərən otellər və turizm şirkətlərinə öz işlərini daha təkmil qurmaları üçün marketinq istiqamətində yardımçı olacaq.

 

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə marketinq istiqamətində həmin şirkətlərə dəstək göstərmək həm şirkətlərin, həm də sektorun daha da sürətlə inkişafına müsbət təsir göstərəcək:

 

“Biz ölkəmizin turizm potensialını xarici turistlərə təqdim edən turizm agentliklərinə, otellərə istifadə etdikləri müxtəlif reklam alətlərini daha effektiv necə istifadə edə bilmələri ilə bağlı öz təcrübəmizi paylaşmağa hazırıq. Araşdırmalarımız göstərir ki, bu istiqamətdə fəaliyyət göstərən şirkət və otellərin marketinq fəaliyyətində ciddi boşluqlar mövcuddur. Boşluqlar isə əsasən veb platformaların olmaması və ya google axtarış sisteminin standartlarına uyğun düzgün formada qurulmaması, unikal kontentin azlığı, SEO Optimizasiya işlərinin aparılmaması, o cümlədən CRM bazalarının olmaması ilə bağlıdır. Turizm istiqamətində fəaliyyət göstərən şirkətlər və otellər marketinqin bu və digər istiqamətləri üzrə Marcom şirkətinə müraciət edərək ödənişsiz konsultasiya alıb, öz işlərini daha da təkmil şəkildə qura bilərlər”.

 

Şirkətin icraçı direktoru maarifləndirmə və dəstək xarakterli işlərin gələcəkdə digər sahələr üzrə də aparılacağını açıqladı.

 

Qeyd edək ki, “Marcom” Marketinq və kommunikasiya şirkəti bazarda bu ilin sonuna kimi öz platforması daxilində daha 3 yeni xidmətin yaradılması üzərində çalışır. Yaradılacaq yeni marketinq alətləri şirkətlərin vaxtına qənaət etmək məqsədi daşıyacaqdır.

23 Sentyabr 2019 , 08:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin