Ən yuxarı (mobil)_30

Tanınmış səyahət şirkəti batdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış səyahət şirkəti batdı

İngiltərənin 178 illik səyahət şirkəti "Thomas Cook" şirkətini xilas etmək üçün apardığı təcili danışıqlar nəticə verməyib və şirkət batıb.



 
İngiltərənin ən tanınmış 178 illik səyahət şirkəti "Thomas Cook"  borc içində rəsmən batıb.
 

"Marja" xəbər verir ki, "Thomas Cook"  tərəfindən verilən açıqlamada, şirkətin əlavə maliyyə cəlb etmək səylərinin uğursuz olduğu və iflas üçün Londondakı ali məhkəməyə müraciət etdiyi qeyd edilib. 
 

"Thomas Cook" tərəfindən bütün sifarişlərin, uçuşların və tətillərin ləğv edilməsi təşvişlə qarşılanıb.
 

HƏMÇİNİN OXU: Böyük səyahət şirkəti iflasın kandarındadır

 

"Thomas Cook" istirahətdə olan İngiltərə vətəndaşlarının ölkəyə geri gətirilməsi üçün ən böyük əməliyyatlarından birini başladıb. 

 
"Tomas Cook"un investorlara apardığı təcili danışıqların nəticə verməməsinni ardından şirkətin çöküşü reallaşıb.

 

Tur operatorunun batması ilə 22 min nəfər işlərini itirmək riski ilə qarşı-qarşıya qalıb.

 

"Thomas Cook" şirkətin çətin vəziyyətini tətil nöqtələrində uzanan siyasi qeyri-müəyyənlik, İngiltərədə yay aylarının normadan isti keçməsi və müştərilərin Brexit-ə görə sifarişlərini ləngitməsilə əlaqələndirirdi. 
 

Ancaq şirkət, internetdə fəaliyyət göstərən tur operatorları və ucuz biletli təyyarə şirkətləri ilə kəskin rəqabət içində idi.
 

Əlavə olaraq, bir çox istirahət edən artıq tur operatorundan istifadə etmir və özü istirahətini təşkil edir.

23.09.2019 07:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ