Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Blokçeyn texnologiyalarını tətbiq edən Azərbaycan şirkətinin kapitalı 300 milyon manata çatdırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Blokçeyn texnologiyalarını tətbiq edən Azərbaycan şirkətinin kapitalı 300 milyon manata çatdırıldı

Sumqayıt Kimya-Sənaye Parkının (SKSP) rezidenti "STDC" MMC-nin nizamnamə kapitalı təxminən 20 milyon manat da artırılıb.

 

"Marja" xəbər verir ki, 2019-cu ilin aprelində kapitalı "STDC" MMC-nin nizamnamə kapitalı 280 milyon manata yaxınlaşmışdı. Hazırda isə şirkətin kapitalı 299 milyon 488 min 429 manat təşkil edir.

 

Şirkət 2016-cı ilin iyun ayında ilkin kapitalı 10 manat olmaqla təsis edilib. 2017-ci ilin mart ayında SKSP-nın rezidenti statusunu alıb. Şirkətin Data mərkəzi SKSP-nın ərazisində 14 hektar yer tutur.

 

STDC Data Mərkəzi 2017-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Həmin vaxt bildirilmişdi ki, müəssisə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərəcək. Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir. Data Mərkəz işə düşdükdən sonra Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə blokçeyn texnologiyalarının tətbiqi və inkişafı əhəmiyyətli dərəcədə artacaq. 

23.09.2019 07:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ