Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Telman” daha yüksək nəticə göstərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Telman” daha yüksək nəticə göstərib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kartof toxumlarının tədarükünə başlanıb


 

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bölgə təcrübə stansiyalarında və dayaq məntəqələrində yüksək reproduksiyalı toxum istehsalı həyata keçirilir. İnstitutun Şəmkir Dayaq Məntəqəsində artıq bir neçə gündür ki,  toxumluq kartofun yığımına başlanıb.

 

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və Şəmkir Dayaq Məntəqəsinin rəhbəri İsaq Həsənovun iştirakı ilə aparılan tədarük zamanı elit reproduksiyalı “Telman” sortunun dəmyə ərazilərdə daha yüksək nəticə göstərdiyi məlum olub.

 

Yığım zamanı superelit və elit reproduksiyalı toxum texnoloji yolla çıxarılaraq çeşidlənir, saxlama qaydalarına uyğun olaraq anbara yığılır. İsaq Həsənov bildirib ki, əldə olunan toxumlar bölgü əsasında respublikada kartofçuluqla məşğul olan fermer təsərrüfatlarına veriləcək. Məntəqədə “Əmiri” sortunun da toxumçuluğu təşkil edilib.

 

Qeyd edək ki, “Telman” sortu 2008-ci ildə rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib, dəmyə şəraiti üçün əlverişlidir, xəstəlik və zərərvericilərə qarşı dözümlüdür. Respublikanın Qərb və Şirvan bölgəsinin dağlıq ərazilərində geniş yayılıb. Dəmyə şəraitində hektardan məhsuldarlığı 15 tondur, suvarma şəraitində məhsuldarlığı iki dəfə artır.

 

Sortun müəllifi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun əməkdaşı, mərhum Zeynəddin Əmirovdur.  

23.09.2019 08:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ