Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft fondu auditorunu təyin etdi - QALİB ŞİRKƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft fondu auditorunu təyin etdi - QALİB ŞİRKƏT

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti həyata keçirəcək.

 

Bu barədə “Marja”ya ARDNF-dən bildirilib.

 

“Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirmişdir.

 

Xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti müsabiqənin qalibi müəyyən edilmiş və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilmişdir”,- Fondun məlumatında deyilir.

23.09.2019 08:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ