Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Şirkətlərə anında dəstək” krediti bazara çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şirkətlərə anında dəstək” krediti bazara çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib.

 

Reklam_3_11

Bankın hər bir korporativ müştərisi, o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100.000 manata qədər krediti Azərbaycan Beynəlxalq Bankından rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər. “Şirkətlərə anında dəstək” kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir.

 

Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır.

 

Kreditin özəllikləri:

•  Kreditin məbləği - 100.000 manatadək

•  Kreditin müddəti - 3 ayadək

•  İllik faiz dərəcəsi -  16%-dən başlayaraq

 

Krediti  bankın bütün filiallarından əldə etmək mümkündür. Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, belə məhsulların yaradılmasında məqsəd sahibkarların maliyyə tərəfdaşı olaraq Azərbaycan Beynəlxalq Bankının onların maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir: “Qısamüddətli öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır. “Şirkətlərə anında dəstək” krediti isə belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Onlar Azərbaycan Beynəlxalq Bankının bu kredit məhsulundan faydalanmaqla biznes layihələrini hər hansı çətinlik yaranmadan fasiləsiz icra edə bilərlər. Korporativ biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq”.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

23.09.2019 15:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ