Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avrozonadan böhran xəbərləri avronu ucuzlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avrozonadan böhran xəbərləri avronu ucuzlaşdırır

Avrozonadan böhran xəbərlərinin avronun ucuzlaşmasına təsir etməsi və FED-in faiz azaldılması ehtimallarının qızılı bahalaşdırması diqqət mərkəzindədir.


 

Beynəlxalq valyuta birjalarında Avrozona, xüsusilə də Almaniya iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin mənfi açıqlanması, EUR/USD məzənnəsinin 0.5% ucuzlaşmasına səbəb olub. 

 

Məzənnə 1.10$-ın altında qaldıqca 1.09$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsində də 1.23$-a kimi ucuzlaşma proqnozlaşdırılır. 

 

ABŞ-dan istehlak aktivliyi ilə bağlı göstərici dərc ediləcəkdir. 

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın istehlak güvəninə dair önəmli statistik göstərici açıqlanacaqdır. Göstəricinin yaxşı və ya pis dərc edilməsindən asılı olaraq, Amerika Mərkəzi Bankının faiz azaldılması üzrə ehtimallar da müvafiq surətdə təsir görəcəkdir. 

 

FED-in faiz azaldılmasına gedə biləcəyi ehtimalları və qızıl

 

FED-in faiz azaldılması ehtimalları birjalarda dolların qiymətinə təsir etməklə yanaşı, əlvan metallar bazarlarında da ticarət aktivliyinə səbəb olur. 

 

Qızılın bir unsiya üzrə qiyməti artıq 1522$ ilə son iki həftənin maksimumunu yeniləyib və 1546$-a kimi də dəyər qazana bilər. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

24.09.2019 07:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ