Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazirlik bir şirkətdən 10 milyon manatlıq mənzillər aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik bir şirkətdən 10 milyon manatlıq mənzillər aldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər alıb. Mənzillər 5 şirkət və 2 fiziki şəxsdən alınıb.

 

Reklam_3_11

"Marja" Satınalma portalına istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Göy Qurşağı-Məmmədli" MTK, "Unistone" MMC, "Saray-H" MTK, "Bakı Mexanikləşdirmə-1" ASC, "Evro İnşaat" MTK, fiziki şəxs Natiq Allahverdi oğlu Əliyev və fiziki şəxs Asif Akif oğlu Əsədzadə arasında müvafiq satınalma müqavilələri bağlanıb.

 

Nazirlik "UNİSTONE" MMC-yə 955 min 260 manat, "Bakı Mexanikləşdirmə-1" ASC-yə 10 milyon 583 min manat, "EVRO İnşaat" MTK-ya 1 milyon 223 min manat, Fiziki şəxs Əliyev Natiq Allahverdi oğluna 936 min 675 manat, Fiziki şəxs Əsədzadə Akif Asif oğluna 936 min 456 manat ödəyəcək.

 

"Göy Qurşağı-Məmmədli" MTK və "Saray-H" MTK ilə bağlanılmış müqavilələrin məbləğləri açıqlanmayıb.

 

“Bakı Mexanikləşdirmə-1” ASC Bakının Xətai və Nərimanov rayonları ərazisində yaşayış binaları tikir.

24.09.2019 09:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ