Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Daha 47 avtomobil əlillərə təqdim edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 47 avtomobil əlillərə təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün daha 47 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

 

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov   bildirib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib. Dövlət başçısının Sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 377 avtomobil artıq təqdim edilib.

 

Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, artıq bu ilin ötən dövründə 174 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.

24.09.2019 11:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ