Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Thomas Cook"un batmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Thomas Cook"un batmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Böyük Britaniyanın məşhur "Thomas Cook" turoperatoru fəaliyyətini dayandırmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur”.

 

Reklam_3_11

Bunu  Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib.

 

Onun sözlərinə görə, "Thomas Cook" getmə turizmlə məşğul olurdu: “Şirkətin Azərbaycana heç bir turist göndərməyib. Şirkətlərimizin də "Thomas Cook" la əməkdaşlığı olmayıb".

 

N.Bağırov bildirib ki, "Thomas Cook" kimi böyük şirkətin müflis olması xoşagələn hal deyil: “Hazırda Türkiyədə bununla bağlı böyük problemlər yaşanır. Bu cür şirkətlər ödənişlərini kredit şəklində ilin sonunda edirlər. Ümumiyyətlə, "Thomas Cook" turoperatoru fəaliyyətini dayandırması Türkiyə, İspaniya, Yunanıstan kimi ölkələrə təsir edir. Bu cür şirkətin müflis olması gələcəkdə böyük narahatlığa səbəb olacaq”.

 

O vurğulayıb ki, "Thomas Cook" turoperatorunun müflis olmağının səbəblərindən biri düzgün idarəçiliyin olmaması və lazım olmayan risklərə gedilməsidir: “Sözügedən şirkətdə yəqin ki, illərlə boşluqlar var idi. Amma müflis olması 2019-cu ildə baş verdi”.

 

Xatırladaq ki, dünən Böyük Britaniyanın məşhur "Thomas Cook" turoperatoru müflislikdən xilas olmaq üçün vəsait tapa bilmədiyindən fəaliyyətini dayandırıb. Dünya üzrə 600 mindən çox turistin rezervasiyası bu səhər ləğv edilib.

 

Britaniya hökumətindən bildirilib ki, şirkətin 150 min müştərisinin krallıqdan vətənlərinə qaytarılması sülh dövründə ən böyük repatriasiyadır.

 

Eyni zamanda "Thomas Cook" ticarət əməliyyatlarını ləğv edib. Onun dörd aviaşirkəti fəaliyyətini dayandıracaq. Doqquz mini Britaniyada olmaqla, 16 ölkədə 21 min işçi işsiz qalacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Report”

24.09.2019 14:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ