Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda Jaguar və Land Rover avtomobillərinin sınaq yürüşləri keçirildi - VİDEO, FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Jaguar və Land Rover avtomobillərinin sınaq yürüşləri keçirildi - VİDEO, FOTO

(®) 21-22 sentyabr 2019-cu il tarixində Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi dileri “Avtolüks Azərbaycan” şirkəti təmsil etdiyi brendlərin model sırasına aid avtomobillərin sınaq yürüşlərini təşkil etdi.

 

Tədbirin keçirilməsində əsas məqsəd hər iki brend üzrə insanlar arasında məlumatlılıq səviyyəsini artırmaq, potensial müştərilərin avtomobillərlə daha yaxın təmasını təmin etmək idi.

 

Jaguar avtomobillərinin sınaq yürüşləri The Art Of Performance, Land Rover avtomobillərinin sınaq yürüşləri isə Above & Beyond Tour adı altında keçirilirdi.

 

Öncədən qeydiyyata yazılmaqla tədbirdə iştirak edən şəxslər Jaguar Land Rover şirkətinin Regional Ofisindən dəvət olunmuş peşəkar pilotların birbaşa iştirakı və tövsiyyələri əsasında Jaguar markasının XE, F-PACEE-PACE modellərini, Land Rover markasının isə Discovery, Range Rover VelarRange Rover Sport modellərini müxtəlif parametrlər üzrə sınaqdan keçirdilər.  

 

Tədbir günlərində “Avtolüks Azərbaycan” şirkəti Jaguar və Land Rover avtomobilləri əldə etmək istəyən şəxslər üçün xüsusi şərtlər təklif edirdi. Təkliflər sırasında avtomobillərin qiymətlərinə 15.000 AZN-dək endirim, 1 illik KASKO sığortasının və 1 qış təkər dəstinin hədiyyə olunması yer alırdı.

 

Jaguar və ya Land Rover sahibi olmaq istəyən şəxslər bu fürsətlərin birini seçməklə 2019-cu il, oktyabrın 30-dək təkliflərdən faydalana bilərlər.

25.09.2019 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ