Bu statusu əldə edən sahibkarlar yaxşı qazana bilərlər
Aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ilk Bakı Şopinq Festivalına hazırlıq davam etməkdədir. Bu prosesdə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlar da iştirak edir.
Xatırladaq ki, martın 16-da Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında bu barədə ətraflı məlumat verilib. “Şopinq festivalı turizmin inkişafı üçün yeni bir mərhələnin başlanması deməkdir. Beynəlxalq təcrübəyə əsaslanaraq reallaşacaq festival təkcə ticarət deyil, ölkəmizin adət-ənənələrini, tarixi və mədəni irsini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçiləcək”, - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir onu da vurğulayıb ki, “Baku Shopping Festival” Qafqazda və Orta Asiyada ilk belə təcrübə kimi tarixə yazılacaq. Qeyd edib ki, Dünya Turizm Təşkilatının hesablamalarına görə, ticarət festivalları turist axınını 30 faizədək artırır. Ticarət turistlərin xərcləri sırasında əsas kateqoriyaya çevrilir, nəticə etibarilə birbaşa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq iqtisadiyyatın vacib gəlir mənbəyinə çevrilir.
Bakı Şopinq Festivalı nəinki xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər ki, bu da dünya təcrübəsində bir ilkdir. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək.
Festivala bir sıra qonşu ölkələrdə, eləcə də son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrində maraq var. Qeyd edək ki, Bakı Şopinq Festivalının internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir. Bir ay ərzində şopinq festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək, ölkəmizə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarət turizminin dünya miqyasında trendə çevrilməsi Azərbaycanın turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək, turizm məhsullarının diversifikasiyasına gətirib çıxaracaq.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Azərbaycan Konqreslər Bürosu festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün bu günlər öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə gərgin iş rejimində çalışır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək.
Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Həmçinin müxtəlif dillərdə Çağrı mərkəzi (Call Center) turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına veriləcək. Festivalda iştirakçı kimi qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək.
Sahibkarlar festivalda iştirakçı statusu almaqla öz məhsullarını paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.
Qeyd edək ki, “Baku Shopping Festival” ilə bağlı bütün təfərrüatları, qeydiyyat qaydaları, festival günlərində turistlərə təqdim olunacaq tur-paketlər və s. barədə www.bakushopfest.com saytında ətraflı məlumat almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ
-
29 d. əvvəl
İP-telefoniya fəaliyyəti üçün lisenziya almaq tələb olunacaq
- 33 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
55 d. əvvəl
Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
-
1 saat əvvəl
MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İrana gedən Azərbaycan vətəndaşlarının sayında daha böyük artım olub
- 1 saat əvvəl