Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Trampın vəzifəsindən kənarlaşdırılması prosesi başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın vəzifəsindən kənarlaşdırılması prosesi başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Nümayəndələr Palatasının sədri Nancy Pelosi, Prezident Donald Trampın vəzifəsindən azad edilməsi üçün rəsmi təşəbbüs göstərdiklərini açıqlayıb.
 

"Marja" xəbər verir ki, Pelosi, Nümayəndələr Palatasının Demokrat vəkilləri ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verib.
 

Reklam_3_11

Trampın vəzifəsindən kənarlaşdırılması prosesin (impiçment) başlanılması üçün ilk rəsmi təşəbbüsü etdiklərini açıqlayan Pelosi, "Tramp, etdiklərinin hesabını verməlidir. Heç kəs hüququn üzərində deyil", - ifadələrini istifadə edib.
 

Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiy ilə iyulda telefon danışığı zamanı Demokrat Co Baydenin (Joe Biden) araşdırılmasını istədiyini bildirən Pelosi, "Trampın hərəkətləri milli təhlükəsizliyimizəzərbə endirir",- deyib.

 

Tramp, ABŞ tarixində haqqında impiçment başlamış 4-cu prezidentdir.
 

Trampdan Demokratların "impiçment" təşəbbüsünə reaksiya
 

ABŞ Prezidenti Donald Tramp, Demokratların özünə qarşı impiçment prosesinin başlanılması üçün ilk rəsmi müraciətlərinə dair, "Ölkəmiz üçün nə pis"  açıqlamasını edib:
 

"Bu gün BMT-də əhəmiyyətli bir gün, çox iş və uğur var və Demokratlar qəsdən daha çox son dəqiqə verərək, bunu batırmaq və alçaltmaq istəyirlər. İfritə ovu zibilliyi. Ölkəmiz üçün nə pis".
 

ABŞ-da "Joe Biden" iddiaları
 

Amerikanın "Wall Street Journal" qəzeti, cümə günü, Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiy ilə iyulda  telefon danışığında, bu ölkədən Baydenin (Biden) oğlunu araşdırmalarını istədiyini iddia etmişdi.
 

Tramp, sözügedən iddiadan sonra Zelenskiy ilə telefon danışığının tamamilə üsullara uyğun olduğunu bildirərək, "Zelenskiy ilə nə danışdığımın əhəmiyyəti yoxdur. Birləri Baydeni araşdırmalıdır", - ifadəsini işlətmişdi.
 

Həmçinin dünən ABŞ mətbuatında, Trampın Ukrayna liderinə, "Baydenin və ailəsini araşdırsalar yardım edəcəyini" şərt qoşduğu da irəli sürülmüşdü. Tramp isə  sözügedən telefon danışığından əvvəl Ukraynaya 400 milyon dollarlıq yardımların təxirə salındığını bildirmişdi.
 

Trump, bu gün sözügedən telefon danışığının yayımlanması göstərişi verdiyini bildirib.
 

Demokratlar iddianın doğru olması vəziyyətində Trampın siyasi rəqibinə zərər vermək niyyətində olduğunu bildirərək, ABŞ Prezidentinə reaksiya göstərirlər.

25.09.2019 06:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ