Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank 300 milyon manatı yığdı - BÖYÜK TƏLƏB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank 300 milyon manatı yığdı - BÖYÜK TƏLƏB

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

 

Bankdan “Marja”ya bildiriblər ki, martın 27-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,71 faiz təşkil edib.

 

Qeyd edək ki, Mərkəzi Bank 300 milyon manat cəlb edəcəyini elan etmişdi.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

27.03.2017 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ