“Veysəloğlu” sponsor oldu

“Veysəloğlu” şirkətlər qrupu 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com)  sponsoru olub.

 

“Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncamlar ticarət əməliyyatları sahəsi ilə yanaşı, sənaye istehsalatında da qeyri-neft sektorunun inkişafına yol açır. Dünya üzrə 20-dən çox dövlətlə geniş əməkdaşlıq bazasına sahib olan bir şirkət kimi biz idxal-ixrac əməliyyatlarını genişləndirməyi planlaşdırırıq ki, bu da öz növbəsində ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Caspian European Club (Caspian Business Club) tərəfindən təşkil olunan Caspian Energy Forum-un sponsoru olmaqla biz “İnkişafın xammal mərhələsindən ixracyönümlü iqtisadiyyata keçid” sessiyasını dəstəklədik. Əminəm ki, qarşıdan gələn forum çərçivəsində biz həmçinin şirkətimizin gələcək uğur­lu beynəlxalq inkişafı üçün lazımi əlaqələr quracağıq”, - deyə “Veysəloğlu” şirkətlər qrupu prezidentinin maliyyə və strateji inkişaf işləri üzrə müşaviri İlqar Nuri bildirib.

 

“Veysəloğlu” şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən aparıcı ticarət və distribütor şirkətlərindən biridir. Onun sponsor qismində Caspian Energy Forum-u dəstəkləməsi şirkətlərin öz aralarında ünsiyyət qura, coğrafi əməkdaşlığı genişləndirə, yeni əlaqələr yarada, innovasiya məhsullarını təqdim edə və bu gün üçün aktual olan məsələlərin həlli üçün dövlət orqanları ilə dialoqda fəal iştirak edə biləcəkləri informasiya meydanının mühümlüyünü bir daha sübut edir”, - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

 

“Veysəloğlu” ticarət və distribütor şirkəti  yüksək səviyyəli xidmət göstərən müasir ticarət holdinqidir. Şirkət dünya üzrə 20-dən çox ölkədə 116 fabrik ilə əməkdaşlıq edir. 2001-ci ildə “Ulduz” şokolad fabriki fəaliyyətə başlayıb ki, bu da Azərbaycanda qənnadı mallarının və qida məhsul­larının istehsalı sahəsinin inkişafına güclü təkan verib.

 

Qeyd edək ki, Caspian Energy Forum-2017-də Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov; Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev; Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Akademik Ziyad Səmədzadə; Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə; Azərbaycan Respublikasının Gömrük Komitəsinin sədri Aydın Əliyev;  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov; Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov;  Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə energetika departamentinin rəhbəri Aidə Sitdikova və digərləri öz iştiraklarını təsdiqləyiblər.

 

Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət struktur­larının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.

 

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

 

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, Cross Caspi­an Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “ASE EXPRESS & OCS, DSV”, “Azpetrol Ltd” MMC, “AzMetco” ASC və SİNAM-dır.

 

Forumda iştirak üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.

27 Mart 2017 , 11:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin