Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Çin ABŞ iqtisadiyyatına zərər verib, 60 min zavod bağlanıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin ABŞ iqtisadiyyatına zərər verib, 60 min zavod bağlanıb"

ABŞ Prezidenti Donald Tramp Birləşmiş MillətlərTəşkilatının (BMT) Baş Assambleyasında çıxış edib.
 

"Marja"nın məlumatına görə, Donald Tramp çıxışında bildirib ki, ABŞ, beynəlxalq ticarətdə islahat aparmaq üçün sürətli bir proqrama başlamışdır: 

Reklam_3_11

 

"Ötən illərdə bəzi ölkələr beynəlxalq ticarət sistemini manipulyasiya edirdi. İndi ABŞ qətiyyətli addımlarla iqtisadi ədalətsizliyi dayandırmaq üçün addımlar atır. Ədalətli və balanslı bir ticarət aparırıq. Məqsədimiz budur. Sabah Yaponiyanın Baş nazir Abe ilə görüşəcəm, yeni bir ticarət müqaviləsinin son variantını müzakirə edəcəyik".
 

 "Çin ABŞ iqtisadiyyatına zərər verdi"
 

2001-ci ildə Çin Dünya Ticarət Təşkilatına qəbul edilmişdir. Liderlər bu qərarın Çinin iqtisadiyyatını liberallaşdırılacağını və bu yolla hüququn aliliyi kimi məsələlərdə irəliləyəcəyini demişdilər. Ancaq bu nəzəriyyənin səhv olduğunu ötən illərdə gördük. Son dərəcə böyük bir Amerikan texnologiya şirkətinin direktoru ilə Ağ Evdə görüşdüm. Çinin 5 illik iqtisadi inkişafı üçün bu şirkətin 7 milyard dollarlıq layihəsi oğurlanmışdır. Biz ədalət axtarırıq. Çin Dünya Ticarət Təşkilatına qəbul edildikdən sonra 60 min Amerikan zavodu bağlanıb.
 

"ABŞ-ın maraqlarını qorumaqdan geri durmayacağam"
 

Heç bir şəkildə Amerikan xalqı üçün pis bir müqaviləni qəbul etməyəcəyəm. Bir tərəfdən də Honq Konqdaki vəziyyəti yaxından izləməyə davam edəcəyəm. Çin beynəlxalq müqavilələrə riayət etməlidir. Pekin hüququn üstünlüyü barəsindəki sözlərini yerinə yetirməlidir. ABŞ heç bir ölkə ilə qarşıdurma axtarmır. Ancaq mən heç vaxt ABŞ-ın maraqlarını qorumaqdan geri durmayacağam".

25.09.2019 08:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ