Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünya Bankının regional direktoru Bakıya gəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankının regional direktoru Bakıya gəlib

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molineus Azərbaycana gəlib.

 

Reklam_3_11

Səfər sentyabrın 27-dək davam edəcək.

 

Məlumata görə, S.Molineus səfər zamanı Azərbaycan İqtisadiyyat, Maliyyə nazirliklərində, Maliyyə Bazarlarına Nəzarət Palatasında və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda görüşlər keçirəcək. S.Molineus sentyabrın 26-da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Bakıda keçiriləcək “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” (Impact Investing: Opportunities and Challenges for institutional investors) adlanan konfransda iştirak edəcək.

 

Xatırladaq ki, yeni regional direktor öz vəzifəsinin icrasına bu il iyulun 1-dən başlayıb. Regional direktor DB-nin Cənubi Qafqaz üzrə regional ofisinin yerləşdiyi Tbilisi şəhərində fəaliyyət göstərir.

 

Milliyətcə alman olan S.Molineus Dünya Bankı qrupuna 2002-ci ildə qoşulub. O, Beynəlxalq Maliyyə Korporasiyası və DB-də müxtəlif vəzifələrdə çalışıb.

 

Xatırladaq ki, DB-nin Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Mersi Tembon olub. O, 2015-ci ilin sentyabrından 2019-cu ilin iyun ayına qədər bu vəzifəni tutub və bundan sonra öz fəaliyyətini Banqladeşdə davam etdirəcək. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

25.09.2019 09:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ