Ən yuxarı statik reklam-3_3

SOCAR Gürcüstana yatırdığı sərmayənin məbləğini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Gürcüstana yatırdığı sərmayənin məbləğini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2007-2018-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə yatırılıb.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, SOCAR-ın “Davamlı inkişaf haqqında hesabat”ında bildirilir ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Georgia Petroleum”, “SOCAR Gas Export-Import”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Gas Distribution”, “Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir.

 

"SOCAR, Georgia Petroleum" MMC Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. “SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir. “SOCAR Gas Export-Import”un əsas fəaliyyəti isə Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə təbii qazın iki qrup istehlakçıya: əhali və enerji istehsalı obyektlərinə çatdırılmasına yönəldilib.

 

2017-ci ildə SOCAR, Gürcüstana 1 milyard 379,7 milyon kubmetr qaz ixrac edib. 2018-ci ildə bu rəqəm 1 milyard 399,7 milyon kubmetr (1,4% artım) təşkil edib.

 

Hesabatda qeyd edilib ki, hazırda Gürcüstan ərazisində SOCAR-a tabe şirkətlərdə ümumilikdə 4 minədək işçi çalışır. "SOCAR Georgia Petroleum" şirkətinə 115 YDM, 16 xidmət mərkəzi və 5 neft terminalı məxsusdur.

25.09.2019 10:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ