Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Lombard kreditlərinin verilmə müddətinin artırılması təklif edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lombard kreditlərinin verilmə müddətinin artırılması təklif edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda lombard kreditlərinin verilmə müddətinin artırılması təklif edilir.

 

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

 

O bildirib ki, “Lombardlar haqqında” qanun layihəsinin üzərində işçi qrup tərəfindən iş aparılır: “Qanun layihəsində bir neçə məsələ var ki, biz ona toxunmuşuq. Bunlardan biri lombardlar tərəfindən kreditlərin on iki aydan artıq olmayan müddətə verilməsidir. Niyə bu müddət 2, 3 il olmasın? Bir də sənəddə kreditin maksimum miqdarı mütləq təyin olunmalıdır. Hesab edirəm ki, bu məsələlər öz həllini tapmalıdır. Hazırda sənədin üzərində işçi qrup tərəfindən iş aparılır. İşçi qrup işini qurtardıqdan sonra sənəd 2-ci oxunuşa təqdim ediləcək”.

 

"Lombardlar haqqında” qanun layihəsinin 10-cu maddəsində (Kredit müqaviləsi) qeyd edilib ki, lombardlar tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir.

 

Sənəddə lombard kreditinin miqdarı öz əksini tapmayıb.

 

Qeyd edək ki, yeni qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları lombardlar tərəfindən kreditlərin 1 il müddətinə verilməsinə etiraz etmişdilər. Deputatlar bu müddətin artırılmasını təklif ediblər.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

25.09.2019 11:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ