AZZA 45 min manat cərimələnib
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “AZZA” QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, AZZA-nın 45535 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.
Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 9606645,71 rubl valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 1921329 rubl, yəni 45535 manat məbləğində inzibati cərimə olunub.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2008-ci ildə yaradılan AZZA QSC şirniyyat və spirtli içki satışını həyata keçirən mağazalar şəbəkəsidir. Hazırda 67 mağazası fəaliyyət göstərir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
16 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
19 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
22 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
22 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl