Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda hava məlumatlarının daha operativ çatdırılması üçün yeni sayt hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hava məlumatlarının daha operativ çatdırılması üçün yeni sayt hazırlanıb

Əhali "meteo.az" saytı vasitəsilə  hava proqnozunu əldə edə biləcək


 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava məlumatlarının daha operativ çatdırılması üçün yeni sayt hazırlayıb.

 

Bunu Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, sosial şəbəkələr və saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır: "Əhali bunların hansının doğru, yalnış və ya hansının rəsmi məlumat olduğunu, adətən, araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır. Yeni yaradılan meteo.az saytı bu qeyri müəyyənlikləri aradan qaldırmaqla əhaliyə, eləcə də turistlərə proqnoz əldə etmək imkanını verəcək".

 

O qeyd edib ki, saytdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə etmək mümkündür: "Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək.

 

Saytda fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteo-məlumat, ilin isti mövsümündə çimərliklər, ilin soyuq dövründə isə qış kurortları üçün məlumatları əldə edə bilərlər". 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report 

25.09.2019 13:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ