Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Prezident və birinci xanım BMC avtobusuna baxıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident və birinci xanım BMC avtobusuna baxıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.


Həmçinin dövlətimizin başçısı və birinci xanım Türkiyənin BMC şirkətinin istehsalı olan avtobusa baxıblar. 

 

Məlumat verilib ki, sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobuslar rahatlığı ilə fərqlənir. Avtobusların ən üstün cəhəti onun sıxılmış təbii qaz mühərrikli olmasıdır. “BakuBus” MMC üçün əvvəllər sifariş edilən avtobuslar 300 kilometr məsafə qət edə bilirdisə, sıxılmış təbii qaz mühərrikli avtobuslarda bu məsafəni 600 kilometrədək artırmaq mümkün olub. Bu avtobusların salonu və mühərrik sistemi tamamilə dəyişdirilir. İyirmi altı oturacaq yeri olan avtobusların ümumi sərnişin tutumu yüz nəfərlikdir.

 

Xəbər verdiyimiz kimi, paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin yekununda təhvil verilməsi planlaşdırılır.

 

Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verib.

25.09.2019 14:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ