Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakıdakı avtobusların beşdə biri yenidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdakı avtobusların beşdə biri yenidir

Vüsal Kərimlinin sözlərinə görə, hazırda müasir avtobuslar cəmi avtobusların ümumi sayının 21 faizini təşkil edir


 

Bakıya yeni gətirilən avtobusların sərnişin tutumu 100 nəfərdir. Bu barədə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli məlumat verib. O bildirib ki, Prezidentin tapşırığına əsasən, qəsəbələrə gedən avtobuslar dəyişdirilir:

 

"Yeni avtobuslar sıxılmış təbii qazladır. Bundan əvvəl "Bakubus"da sifariş etdiklərimiz 300 km gedirdisə, biz bunu artırdıq, 600 km gedəcək. Qəsəbələrdəki avtobusların vəziyyəti yaxşı deyil, sizin tapşırığınızla onların hər biri dəyişəcək. Artıq qəsəbələrə də gedəcək. Hətta türklərin özü də deyir ki, niyə onlarda bu avtobuslardan yoxdur. Biz bu avtobusları tam dəyişdirmişik. Həm içini, həm motor hissəsini, həm də daxili dizaynını. Avtobuslar ümumilikdə 100 nəfərlikdir, oturma yerlərinin sayı isə 26-dır. Burada ayaqüstə durmaq üçün yer daha genişdir".

 

Vüsal Kərimlinin sözlərinə görə, hazırda müasir avtobuslar cəmi avtobusların ümumi sayının 21 faizini təşkil edir.

26.09.2019 07:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ