Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"PAŞA Bank Türkiyə"dən 8-ci kupon ödənişi - 2,4 MİLYON DOLLARI KEÇDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank Türkiyə"dən 8-ci kupon ödənişi - 2,4 MİLYON DOLLARI KEÇDİ

"PAŞA Bank Türkiyə" 22 iyul 2017-ci il tarixində buraxdığı ABŞ dolları valyutalı istiqrazları üzrə 8-ci kupon ödənişini həyata keçirib. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Reklam_3_11

Kupon faizi 4.85%, ümumi emissiya həcmi 25 milyon ABŞ dolları olan istiqrazın kupon ödənişləri rüblük əsasda olmaqla hər 3 aydan bir edilir.

 

23 sentyabr 2019 il tarixində ənənəvi olaraq 303 125 dollar rüblük kupon ödənişini həyata keçirən "PAŞA Bank Türkiyə", istiqrazın emissiya tarixindən etibarən investorlara ümumilikdə 2 milyon 425 min ABŞ dolları məbləğində kupon ödənişi etmişdir. 

 

Tədavül müddəti 5 il olan istiqraz 2018-ci ildə Bakı Fond Birjasında qeydiyyatdan keçmiş və Azərbaycan şirkətləri və fərdi investorlar tərəfindən böyük maraq ilə qarşılanmışdır. İstiqrazlar üzrə həyata keçirilmiş əqdlərlə bağlı məlumatı Bakı Fond Birjasının rəsmi saytından (bfb.az) əldə edə bilərsiniz.

 

2017-ci ildə bir ilkə imza atan "PAŞA Bank Türkiyə", Azərbaycanda xarici valyutada istiqraz buraxılışını həyata keçirən ilk xarici şirkət olmuşdur. Bank öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də öz işçilərinin gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank Korporativ və Kommersiya Bankçılığı, İnvestisiya Bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir. "PAŞA Bank Türkiyə" Azərbaycan Kapital Bazarının inkişafında aktiv rola malik olmağı əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Bankın səhmlərinin 51%-i "PAŞA Bank" ASC-yə, 49%-i "PAŞA Holding" MMC-yə məxsusdur.

 

Növbəti kupon ödənişi 22 dekabr 2019 tarixində baş tutacaq. İstiqrazları əldə etmək üçün "PAŞA Kapital" investisiya şirkətinə müraciət edə bilərsiniz. Əlaqə nömrəsi: + (994) 12 493 33 66.

26.09.2019 08:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
16.04.2024 12:33
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ